​Yanvarda Azərbaycan əhalisinin gəlirləri 6% artıb

​Yanvarda Azərbaycan əhalisinin gəlirləri 6% artıb Adambaşına gəlirlər isə 4% artıb
Maliyyə
13 Fevral , 2015 15:00
​Yanvarda Azərbaycan əhalisinin gəlirləri 6% artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 2,7 mlrd. manat təşkil edib. 

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun hər nəfərə düşən həcmi orta hesabla 282,9 manat olub və 4,2% artıb.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,4 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,9% çox vəsait qalıb.

Son xəbərlər

Orphus sistemi