Xarici ekspertlər Azərbaycan sığortaçıları üçün seminar keçirib

Xarici ekspertlər Azərbaycan sığortaçıları üçün seminar keçirib Seminar "Əmlak zərərlərinin tənzimlənməsi" mövzusuna həsr olunub
Maliyyə
11 Dekabr , 2015 13:41
Xarici ekspertlər Azərbaycan sığortaçıları üçün seminar keçirib

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə İtaliyanın "Insurance Engineering Services" (IES) şirkətinin əməkdaşları tərəfindən “Əmlak zərərlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib.

"Report"un Assosiasiyaya istinadən verdiyi xəbərə görə, seminar IES-in İtaliya ofisinin rəhbəri Karlo Cuzeppe Maria Tozzi Spadoni və şirkətin Türkiyə nümayəndəliyinin meneceri Mustafa Yıldırım Saltık tərəfindən aparılıb.

Ekspertlər iştirakçılara əmlak zərərlərinin tənzimlənməsi, belə zərərlərin qiymətləndirmə metodları və əlaqədar tədbirlər, daşqın və yanğın zərərlərinin əsas bərpa texnikası üsulları, sənaye müəssisələrinin sığortasında dələduzluq faktlarının aşkarlanması mövzularında təqdimatlarla çıxış ediblər.

Seminarda yerli sığorta şirkətlərinin 29 əməkdaşı iştirak edib.

Qeyd edək ki, İES şirkəti Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Polşa, İsveç və Rumıniyada fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi