Bakı. 24 oktyabr. REPORT.AZ/ "Xalq Sığorta" ASC nizamnamə kapitalını 6 872 700 manat və ya 21,14% artıraraq 39 388 700 manata çatdırıb.
"Report" xəbər verir ki, kapital artımı şirkətin dövriyyədə olan 7,39 mln. səhminin nominal dəyərinin 4,4 manatdan 5,33 manata qədər artırılması hesabına baş tutub.
Xatırladaq ki, "Xalq Sığorta" şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.