​"Xalq Sığorta"nın yığımları 3% azalıb

​"Xalq Sığorta"nın yığımları 3% azalıb Hesabat dövründə şirkətin ödənişləri isə artıb
Maliyyə
15 Avqust , 2016 11:57
​Xalq Sığortanın yığımları 3% azalıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Xalq Sığorta" ASC-nin yığımları 5 578 871 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır.

Hesabat dövründə "Xalq Sığorta"nın ödənişləri isə artıb. Belə ki, şirkət 7 ay ərzində 3 388 134 manat ödəniş edib. Bu isə illik müqayisədə 11,6% çoxdur.

Cari ilin yanvar-iyul aylarında "Xalq Sığorta" topladığı hər 100 manat sığorta haqqının 60,73 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyul aylarında 52,71% olub.

Xatırladaq ki, "Xalq Sığorta" şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32,516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4,4 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi