"Xalq Sığorta"nın yığımları 2% artıb

"Xalq Sığorta"nın yığımları 2% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
15 Sentyabr , 2016 12:59
Xalq Sığortanın yığımları 2% artıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında "Xalq Sığorta" ASC-nin yığımları 6 594 785 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,92% çoxdur.

Hesabat dövründə "Xalq Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 8 ay ərzində 3 986 485 manat ödəniş edib. Bu isə illik müqayisədə 17,76% çoxdur.

Cari ilin yanvar-avqust aylarında "Xalq Sığorta" topladığı hər 100 manat sığorta haqqının 60,45 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-avqustunda 52,32% olub.

Xatırladaq ki, "Xalq Sığorta" şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 32,516 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 4,4 manat olan 7,39 mln. səhm əsasında formalaşıb. Səhmlərin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standad" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi