“Xalq Kapital”a yeni lisenziyalar verilib

“Xalq Kapital”a yeni lisenziyalar verilib Broker və diler fəaliyyəti üçün nəzərdə tutulan lisenziyalar 5 il müddətinə verilib
Maliyyə
31 Oktyabr , 2014 12:05
“Xalq Kapital”a yeni lisenziyalar verilib
Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Xalq Kapital” MMC-yə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Bu barədə "Report"a QKDK-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

Son xəbərlər

Orphus sistemi