"Xalq Bank" istehlak kreditləşməsini 60% artırıb

"Xalq Bank" istehlak kreditləşməsini 60% artırıb Bankda problemli kreditlərin həcmi illik müqayisədə 33% azalıb
Maliyyə
16 Fevral , 2015 13:42
Xalq Bank istehlak kreditləşməsini 60% artırıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanın "Xalq Bank" ASC-nin aktivləri 2014-cü il ərzində 1,10% artaraq cari ilin əvvəlinə 1,282 mlrd. manat təşkil edib. Aktivlərin 77,9%-i kredit portfelinin payına düşüb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən il ərzində kredit portfeli 5,74% azalaraq 2015-ci il yanvarın 1-nə 998,8 mln. manat olub. Portfelin 96,9 mln. manatını 12 ayadək, 901,9 mln. manatını 12 aydan artıq müddətə verilən kreditlər əhatə edib.

İstehlak kreditləşməsində isə ötən il ərzində artım müşahidə olunub. İstehlak kreditlərinn həcmi il ərzində 59,30% artaraq cari il yanvarın 1-nə 55,9 mln. manata çatıb. Avtomobil kreditləşməsində isə 20,5% artım qeydə alınıb və avtomobil kreditlərinin həcmi bu ilin əvvəlinə 24,7 mln. manat olub.

Qeyd edək ki, kreditlərin 3,8%-nin ödəniş vaxtı keçib. Belə ki, problemli kreditlərin həcmi illik müqayisədə 32,7% azalaraq cari ilin əvvəlinə 37,9 mln. manat təşkil edib.

Bankın depozit portfeli hesabat ili ərzində 9,02% artaraq ilin sonuna 848,8 mln. manat olub. Bunun da 539,7 mln. manatı müddətli, 309,1 mln. manatı tələb olunanadək depozitlərin payına düşür. Bu müddətdə əhalinin əmanətlərində isə əksinə, azalma qeydə alınıb. Əmanətlər ötən il 6,27% azalaraq ilin sonuna 599,0 mln. manata düşüb.

Cari il yanvarın 1-nə "Xalq Bank"ın nizamnamə kapitalı 183,7 mln. manat, məcmu kapitalı 205,5 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi