​Neftin qiymətləri: WTI bahalaşıb, "Brent" ucuzlaşıb

​Neftin qiymətləri: WTI bahalaşıb, "Brent" ucuzlaşıb 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir
Maliyyə
15 Avqust , 2015 09:12
​Neftin qiymətləri: WTI bahalaşıb, Brent ucuzlaşıb

Bakı. 15 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,27 dollar və ya 0,64% bahalaşaraq 42,50 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,97%, yaxud 0,47 dollar azalaraq 49,19 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 48 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi