​"VTB Bank (Azerbaijan)"ın gəlirləri 22% artıb

​"VTB Bank (Azerbaijan)"ın gəlirləri 22% artıb Bu ilin birinci rübündə Bankın xərcləri 89% artıb
Maliyyə
6 May , 2015 11:50
​VTB Bank (Azerbaijan)ın gəlirləri 22% artıb

Bakı. 6 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC bu ilin birinci rübünü 6,979 mln. manat zərərlə başa vurub. Ötən ilin müvafiq dövrünü isə Bank 966,4 min manat mənfəətlə yekunlaşdırıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, bu müddətdə Bankın gəlirləri 13,0 mln. manat, xərcləri 8,4 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22% və 88,63% çoxdur.

Hesabata əsasən, cari ilin I rübündə "Bank VTB (Azerbaijan)"ın əldə etdiyi gəlirlərin 12,7 mln. manatı faiz, 302,5 min manatı qeyri-faiz gəlirləri, xərclərinin isə təxminən yarısı faiz, qalanı isə qeyri-faiz xərclərinin payına düşüb.

Hesabat dövründə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 11,7 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi