​"Vneşprombank"ın lisenziyası ləğv edilib

​"Vneşprombank"ın lisenziyası ləğv edilib "Vneşprombank" aktivlərinə görə Rusiyanın 40-cı bankıdır
Maliyyə
21 Yanvar , 2016 16:53
​Vneşprombankın lisenziyası ləğv edilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı "Vneşprombank"ın lisenziyasını ləğv edib. "Report" Rusiya Mərkəzi Bankı mətbuat xidmətinin yaydığı məlumata əsasən bildirir ki, lisenziyanın ləğv edilməsi barədə qərar sözügedən bankın ölkənin federal qanunlarına və normativ aktlarına əməl etməməsi , kapitalın adekvatlıq əmsalının 2%-dən az olması, cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılması tələblərinə riayət etməməsinə görə alınıb.

Mərkəzi Bank əməkdaşları tərəfindən aparılan "Vneşprombank"ın maliyyə nəticələrinin təhlili göstərib ki, bankın öhdəlikləri onun aktivlərini 187,4 mlrd. rubl (2,23 mlrd. dollar) üstələyib. Bundan başqa, Bank rəhbərliyi tərəfindən uzun illər aktivlərin ölkədən çıxarılması əməliyyatları aparılıb.

Mərkəzi Bank hazırda hüquq-mühafizə orqanlarına bankda aparılan qeyri-qanuni əməliyyatlarda təqsirli bilinənlər barədə məlumatların ötürülməsi prosesinə başlayıb.

Qeyd edək ki, "Vneşprombank" əmanətlərin sığortalanması sisteminin üzvüdür və aktivlərin həcminə görə 2016-cı il yanvarın 1-nə Rusiyanın 40-cı bankıdır.

Son xəbərlər

Orphus sistemi