"Viza Kredit" qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır

"Viza Kredit" qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır İstiqrazların emissiya prospekti dövlət qeydiyyatına alınıb
Maliyyə
5 Yanvar , 2016 18:32
Viza Kredit qeyri-bank təşkilatı istiqraz emissiyasına hazırlaşır

Bakı. 5 yanvar. REPORT.AZ/ “Viza Kredit BOKT" MMC-nin faizli təmin edilməmiş istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.

"Report" bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaydığı məlumata istinadən xəbər verir. 

Emissiyanın ümumi həcmi 500 min ABŞ dolları təşkil edir. Belə ki, “Viza Kredit BOKT" MMC-nin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 000 dollar olan 500 ədəd faizli təmin edilməmiş istiqrazlarının buraxılışı AZ2002019225 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Son xəbərlər

Orphus sistemi