"Vision Fund Azercredit" 11 mln. manat ziyana düşüb

"Vision Fund Azercredit" 11 mln. manat ziyana düşüb Təşkilatın cəlb etdiyi vəsaitlər ikili devalvasiya nəticəsində 51% artıb
Maliyyə
26 İyul , 2016 13:46
Vision Fund Azercredit 11 mln. manat ziyana düşüb

Bakı. 26 iyul. REPORT.AZ/ "Vision Fund Azercredit" bank olmayan kredit təşkilatının (BOKT) məcmu aktivləri 2016-cı ilin əvvəlinə 106,152 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin əvvəlinə nisbətən 39,75% çoxdur.

İl ərzində "Vision Fund Azercredit"in cəmi öhdəlikləri 69,8% artaraq 99,608 mln. manat, cəmi kapitalı isə 62,1% azalaraq 6,554 mln. manat olub.

Ötən il BOKT-un aktivlərinin 61,2%-ni və yaxud 64,925 mln. manatını kredit portfeli təşkil edib. Bu, əvvəlki ilə nisbətən 3,3% azdır.

"Vision Fund Azercredit"in öhdəliklərinin 84,9%-ni və yaxud 84,54 mln. manatını isə cəlb edilmiş vəsaitlər təşkil edib. Bu rəqəm ikili devalvasiya nəticəsində 51,4% artıb.

Hesabat dövründə BOKT-un xalis faiz gəlirləri 5,552 mln. manat, xalis qeyri-faiz xərcləri isə 17,025 mln. manat olub. Son nəticədə "Vision Fund Azercredit"in vergiyəqədərki zərəri 11,473 mln. manat təşkil edib.

Mənfəət vergisi xərclərinə 715 min manat qənaət edən BOKT 2015-ci ili 10,758 mln. manat xalis zərərlə başa vurub. Halbuki kredit təşkilatı 2014-cü ildən 4,232 mln. manat xalis mənfəətlə çıxmışdır.

Xatırladaq ki, "Vision Fund Azercredit" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 303,9 min manatdır. BOKT-un həmtəsisçiləri 52% payla ABŞ-ın "Vision Fund International", eləcə də hər biri 24% payla Lüksemburqun "Rural Impulse Fund II S.A. SICAV-SIF" və Niderlandın "ASN Belegginsinstellingen Beheer B.V." təşkilatlarıdır.

Son xəbərlər

Orphus sistemi