"VF AzərKredit" dollarla krediti olan müştərilərinə güzəşt təklif edir

"VF AzərKredit" dollarla krediti olan müştərilərinə güzəşt təklif edir Hesablanmış gecikmə cəriməsi, keçmiş kredit üzrə erkən bağlanma haqqı və komissiya məbləği bağışlanır
Maliyyə
29 Mart , 2016 14:02
VF AzərKredit dollarla krediti olan müştərilərinə güzəşt təklif edir

Bakı. 29 mart. REPORT.AZ/ “VF AzərKredit” MMC müştərilərinin ABŞ dollarında olan bütün kreditlərini milli valyutaya konvertasiya olunmasını təklif edib. “Report”un məlumatına görə, kreditlər Azərbaycan Mərkəzi Bankının dolların rəsmi məzənnəsi əsasında manat ekvivalentinə çevriləcək.

Həmçinin, təşkilat sosialyönümlü olmasını nəzərə alaraq, hesablanmış gecikmə cəriməsi, keçmiş kredit üzrə erkən bağlanma haqqı və komissiya məbləğini bağışlayır. Konvertasiyadan sonra müştəri kredit borcunu vaxtında ödəyərsə, ona təklif paketinin şərtlərinə əsasən müəyyən olunmuş kredit dövrləri üçün kreditin faizləri güzəşt edilir.

Son xəbərlər

Orphus sistemi