Nazirlik: "​Vəzifəsindən sui-istifadə edən vergi orqanları əməkdaşları barəsində sərt tədbirlər görüləcək"

Nazirlik: "​Vəzifəsindən sui-istifadə edən vergi orqanları əməkdaşları barəsində sərt tədbirlər görüləcək" Vergilər naziri Fazil Məmmədov bu barədə tapşırıq verib
Maliyyə
25 Oktyabr , 2015 17:50
Nazirlik: ​Vəzifəsindən sui-istifadə edən vergi orqanları əməkdaşları barəsində sərt tədbirlər görüləcək

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Vergi orqanlarının fəaliyyətində hələ də bir sıra ciddi nöqsanlar var, vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilməsi vacibdir".

"Report" xəbər verir ki, bunu Vergilər Nazirliyinin kollegiya iclasında çıxış edən nazir, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib.

Cari ilin birinci yarısının yekunlarına həsr edilmiş kollegiya iclasında qəbul edilmiş qərarların və Tədbirlər Planının icra vəziyyətinə toxunan nazir bu sahədə pozitiv nəticələrin olduğunu, 2015-ci ildə vergi daxilolmalarının təmin edilməsi məqsədilə Tədbirlər Planında nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini qeyd edib.

Bildirilib ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan F.Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsinin vacibliyini vurğulayıb. Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.

Son xəbərlər

Orphus sistemi