​Vergilər Nazirliyinin əməkdaşları üçün seminar keçirilib

​Vergilər Nazirliyinin əməkdaşları üçün seminar keçirilib Tədbirdə Nazirliyin Çağrı və Xidmət mərkəzlərinin əməkdaşları iştirak ediblər
Maliyyə
26 Sentyabr , 2014 11:32
​Vergilər Nazirliyinin əməkdaşları üçün seminar keçirilib
Bakı. 26 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyinin Çağrı və Xidmət mərkəzlərinin əməkdaşları üçün birgə seminar keçirilib. Bu barədə “Report”a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Peşəkar seminarın keçirilməsində məqsəd Çağrı Mərkəzində, eyni zamanda Xidmət Mərkəzində göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində yeni təkliflərin hazırlanması olub.

Hər qrupda 10 nəfər olmaqla üç qrupa ayrılan iştirakçılara 2 saat ərzində “Çağrı Mərkəzində və Xidmət Mərkəzində xidmət səviyyəsini necə artırmaq olar?”, “İş prosesinin səmərəliliyini necə artırmaq olar?”, “Vergi ödəyicilərinə hansı yeni xidmətləri təqdim etmək olar?” və s. bu kimi suallar üzrə təkliflər hazırlamaq tapşırılıb. Qruplar öz aralarında qrup rəhbərini, müzakirələrin qeydlərini aparacaq və təqdimat edəcək şəxsi seçərək qoyulan suallar ətrafında müzakirələr aparıblar. Müzakirələr zamanı qrup üzvləri verilən suallara dair təkliflərini irəli sürüb onların mənfi və müsbət tərəflərini təhlil ediblər. Həmçinin, qrup tərəfindən əhəmiyyətli hesab edilən təkliflərin təqdimatı da hazırlanıb.

Təkliflərin hazırlanmasına ayrılan vaxt başa çatdıqdan sonra qrup üzvləri bir yerə toplanıb və seçilmiş nümayəndələr tərəfindən qrupların təkliflərinə dair təqdimat keçiriblər. Təqdimatlar zamanı digər qrupların üzvlərinə və seminarın təşkilatçılarına irəli sürülən təkliflərə dair öz fikirlərini bildirmək üçün imkan yaradılıb.

Son xəbərlər

Orphus sistemi