​Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard manatdan çox vəsait daxil olub

​Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard manatdan çox vəsait daxil olub Proqnoz tapşırığına 101,9 faiz əməl edilib
Maliyyə
11 Avqust , 2015 22:11
​Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard manatdan çox vəsait daxil olub

Bakı. 11 Avqust. REPORT.AZ/ 2015-ci ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 104 milyon 76,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,9 faiz əməl edilib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin 2015-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları haqqında dərc etdiyi məlumatda bildirilir.

Məlumata görə, hesabat dövründə vergi orqanlarında 47.396 vergi ödəyicisi qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi