​Vergilər Nazirliyində kadr dəyişiklikləri aparılıb

​Vergilər Nazirliyində kadr dəyişiklikləri aparılıb Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi nazirin müşaviri təyin olunub
Maliyyə
31 Oktyabr , 2015 14:07
​Vergilər Nazirliyində kadr dəyişiklikləri aparılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyinin bir sıra struktur vahidlərinin rəhbərliyində kadr dəyişiklikləri aparılıb.

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, Bakı Vergilər Departamentinin rəisi, 3-cü dərəcəli dövlət vergi müşaviri Habil Məmmədov Nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri İlqar Əhmədov Bakı Vergilər Departamentinin rəisi, vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi müşaviri Zaur Fətizadə Bakı Vergilər Departamenti rəisinin I müavini, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlkin Vəliyev Bakı Vergilər Departamenti rəisinin müavini, Bakı Vergilər Departamentinin rəisinin I müavini, baş vergi xidməti müşaviri Raqif Qurbanov Bakı Vergilər Departamenti rəisinin müavini vəzifələrinə keçirilib. 

Son xəbərlər

Orphus sistemi