​Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilib

​Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilib Əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır
Maliyyə
18 Avqust , 2015 13:03
​Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilib

Bakı. 18 avqust. REPORT.AZ/ Vergilər Nazirliyinin Kollegiyası tərəfindən “Çağrı Mərkəzi vasitəsilə sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” və “Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidmətlərinin inzibati reqlamentləri təsdiqlənib. Bu barədə "Report"a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, “Çağrı Mərkəzi vasitəsilə sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi” elektron xidməti elektron imzası olan vergi ödəyicisinin Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciəti üzrə Mərkəzin təmsilçisi tərəfindən onun təqdim etdiyi məlumatlar əsasında müvafiq rüblük bəyannamənin hazırlanması və elektron qaydada göndərilməsini əhatə edir. Elektron xidmət Vergilər Nazirliyi tərəfindən qismən avtomatlaşdırılmış formada həyata keçirilir. Xidmətin icra müddəti icraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin gücləndirilmiş elektron imza vasitəsilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

“Sadələşdirilmiş verginin bəyannaməsi” vergi orqanı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə elektron formada tərtib edilərək gücləndirilmiş elektron imza vasitəsilə təsdiqləməsi üçün vergi ödəyicisinə göndərilir. Məlumatların doğruluğu təsdiqləndikdən sonra bəyannamə vergi orqanına yönəldilir və bu barədə vergi ödəyicisinin mobil telefonuna mesaj daxil olur.

“Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu” elektron xidməti Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlir və ya mənfəət vergisinin hesabatını vermək öhdəliyi olan vergi ödəyiciləri tərəfindən müvafiq ərizənin vergi orqanına təqdim olunmasını əhatə edir.

Bu elektron xidmət Vergilər Nazirliyi tərəfindən tam avtomatlaşdırılmış formada həyata keçirilir və icra müddəti “İnzibati icraat haqqında” qanunla tənzimlənir. Xidmətin icrası zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizə cavablandırılır və bu barədə onun elektron ünvanına məlumat göndərilir.

Elektron xidmətlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) və gücləndirilmiş elektron imza əldə etmiş şəxslər yararlana bilər. Elektron xidmətlərdən istifadə ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi