Vergilər Nazirliyi: Keçən il büdcə proqnozuna 100% əməl edilib

Vergilər Nazirliyi: Keçən il büdcə proqnozuna 100% əməl edilib Bakıda növbəti vergi forumu işə başlayıb
Maliyyə
10 Fevral , 2016 10:39
Vergilər Nazirliyi: Keçən il büdcə proqnozuna 100% əməl edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Bakıda "Azərbaycan vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda V vergi forumu işə başlayıb. "Report" xəbər verir ki, forumu vergilər nazirinin müavini Sahib Ələkbərov açıb.

Nazir müavini deyib ki, dünya bazarında neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları üzrə proqnoza tam əməl olunub. 

"Keçən il büdcə proqnozuna 100,1% əməl edilib, büdcəyə 7 118,2 mln. manat köçürülüb. 2015-ci ildə ölkə iqtisadiyyatına 20 mlrd. dollardan çox investisiya yatırılıb. Ötən il ÜDM 1%-dən çox, sənaye istehsalı 2,4%, qeyri-neft sənayesi 8,4% artıb. Lisenziyaların sayı 59-dan 37-yə endirilib. Lisenziyalara görə rüsum regionlarda 4 dəfə, Bakıda isə 2 dəfə azaldılıb", - deyə S.Ələkbərov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi