​Vergilər naziri Litva xarici işlər nazirinin müavini ilə görüşüb

​Vergilər naziri Litva xarici işlər nazirinin müavini ilə görüşüb Görüşdə Azərbaycan və Litva hökumətləri arasında əməkdaşlığın inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Maliyyə
15 May , 2015 18:52
​Vergilər naziri Litva xarici işlər nazirinin müavini ilə görüşüb

Bakı. 15 may. REPORT.AZ/ Bu gün Azərbaycanın vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Litva Respublikasının xarici işlər nazirinin müavini Andrius Krivası qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskası və Litva XİN-in Şərq qonşuluq siyasəti idarəsinin Mərkəzi və Cənubi Qafqaz şöbəsinin 2-ci katibi xanım Şarune Kubiliute də iştirak edib.

F.Məmmədov iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlərin son illər sürətlə inkişaf etdiyini bildirib, Azərbaycan-Litva hökumətlərarası komissiyanın fəaliyyəti, komissiyanın iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində gördüyü işlər, onun iclaslarında imzalanmış protokollara uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib. Son illər ölkədə həyata keçirilən vergi islahatları, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər sahəsində əldə edilmiş nailiyyətlər də qonaqların diqqətinə çatdırılıb.

Andrius Krivas həm Azərbaycan, həm də Litvada hər iki ölkənin nümayəndələrinin iştirakı ilə müxtəlif biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyini vurğulayaraq, iş adamları arasında əlaqələrin genişləndirilməsinin iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinə öz müsbət təsirini göstərəcəyinə əmin olduğunu söyləyib.

Görüşdə Azərbaycan və Litva hökumətləri arasında əməkdaşlığın inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi