Vergilər naziri Füzulidə vətəndaşları qəbul edib

Vergilər naziri Füzulidə vətəndaşları qəbul edib Görüşdə Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edib
Maliyyə
23 Sentyabr , 2016 15:33
Vergilər naziri Füzulidə vətəndaşları qəbul edib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bu gün vergilər naziri Fazil Məmmədov Füzuli rayonunda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlar üçün qəbul keçirib. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən bildirilib. 

Məlumata görə, vətəndaş qəbulunda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyətinin yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi