Vergilər naziri Füzulidə vətəndaşları qəbul edəcək

Vergilər naziri Füzulidə vətəndaşları qəbul edəcək Qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilər
Maliyyə
20 Sentyabr , 2016 12:09
Vergilər naziri Füzulidə vətəndaşları qəbul edəcək

Bakı.20 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də vergilər naziri Fazil Məmmədov Füzuli rayonunda bu regionda yerləşən rayonların vətəndaşlarını qəbul edəcək. Nazirlikdən “Report”a verilən məlumata görə, qəbul Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospektində yerləşən Muğam mərkəzində baş tutacaq.

Məlumata görə, qəbulda Füzuli, Ağcabədi, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi, vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 8 saylı Ərazi Vergilər İdarəsi və Füzuli Rayon Vergilər Şöbəsi əlaqə saxlayıb qəbula yazıla bilərlər.  

Son xəbərlər

Orphus sistemi