​Vahid Əhmədov: "Mərkəzi Bank məzənnə siyasətini dəyişməlidir"

​Vahid Əhmədov: "Mərkəzi Bank məzənnə siyasətini dəyişməlidir" Millət vəkili: "Azərbaycandan xaricə valyuta axını müşahidə olunur və AMB bununla bağlı iş görməlidir"
Maliyyə
14 Aprel , 2015 12:34
​Vahid Əhmədov: Mərkəzi Bank məzənnə siyasətini dəyişməlidir

Bakı. 14 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) məzənnə siyasətinə yenidən baxmalı və dəyişikliklər etməlidir. "Report"un verdiyi xəbərə görə, bunu millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışında deyib.

V.Əhmədov qeyd edib ki, AMB açıqladığı hesabatda onun valyuta ehtiyatlarının azalmasını göstərib: "Əgər belə davam edərsə, Mərkəzi Bank məzənnə siyasətini dəyişməzsə, onun valyuta ehtiyatları tükənə bilər".

"Mərkəzi Bank yumşaq devalvasiya siyasətini yavaş-yavaş həyata keçirmılidir ki, 5-6 ay sonra ciddi problemlə üzləşməyək. Mərkəzi Bank məzənnə siyasətini valyuta ehtiyatlarını qoruya biləcək siyasətinə dəyişməlidir", - deyə millət vəkili qeyd edib.

O həmçinin bildirib ki, son zamanlar Azərbaycandan xaricə valyuta axını müşahidə olunur və AMB bununla da bağlı iş görməlidir.

Son xəbərlər

Orphus sistemi