​ÜTT qlobal ticarət üzrə proqnozunu azaldıb

​ÜTT qlobal ticarət üzrə proqnozunu azaldıb Gələn il qlobal ticarət həcminin 3,6% artması ehtimal edilir
Maliyyə
7 Aprel , 2016 16:35
​ÜTT qlobal ticarət üzrə proqnozunu azaldıb

Bakı. 7 aprel. REPORT.AZ/ Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2016-cı il üçün qlobal ticarətin həcmi üzrə artım proqnozunu 3,9%-dən 2,8%-ə endirib. 

"Report" xəbər verir ki, ÜTT proqnozun azaldılmasına səbəb olaraq Çin iqtisadiyyatındakı yavaşlamanı və valyuta məzənnələrindəki volatilliyi göstərib. ÜTT-nin baş direktoru Roberto Azevedo qeyd edib ki, dünyada ticarətin həcmi artarkən valyuta məzənnələrindəki sərt dalğalanma və xammal qiymətlərindəki azalma səbəbindən ticarətin həcminin dəyəri aşağı düşür.

O bu vəziyyətin həssas iqtisadiyyata sahib olan inkişaf edən ölkələr üçün təhlükələr yaratdığını bildirib.

ÜTT məruzəsində 2017-ci ildə qlobal ticarətin 3,6% arta biləcəyini, lakin inkişaf edən ölkələrin maliyyə vəziyyətinin pisləşməsi fonunda bu proqnozu azalda biləcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi