ÜTT: 2016-cı ildə dünya ticarətinin artım tempi son 7 ilin minimumu ola bilər

ÜTT: 2016-cı ildə dünya ticarətinin artım tempi son 7 ilin minimumu ola bilər ÜTT 2017-ci il üzrə proqnozunu da aşağı salıb
Maliyyə
27 Sentyabr , 2016 14:48
ÜTT: 2016-cı ildə dünya ticarətinin artım tempi son 7 ilin minimumu ola bilər

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ümumdünya Ticarət Təşkilatı (ÜTT) dünya ticarətinin 2016 və 2017-ci illərdə artım tempi üzrə proqnozlarını aşağı salıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilatın hesabatında qeyd olunub. 

Hesabata əsasən, bu il dünya ticarətinin həcminin 1,7% artacağı gözlənilir. Halbuki, ÜTT-nin aprel ayındalı proqnozu 2,8% olub. Təşkilat 2017-ci il üçün isə dünya ticarətinin 1,8-3,1% artacağını proqnozlaşdırıb ki, bu da aprel proqnozundan 3,6% azdır. 

ÜTT ekspertlərinin fikrincə, 2016-cı ildə dünya ticarətinin artım tempi 2009-cu ildən etibarən, yəni son 7 il üzrə ən aşağı ola bilər. Qurumun baş direktoru Robertu Azevedu, dünya ticarətində artım tempinin yavaşlamasını ciddi fəsadlar törədəciyini bildirib. O, hesab edir ki, bu, artan anti-qloballaşma meyllərinin güclənməsinə səbəb ola bilər: "Biz açıq ticarət sistemi ilə sıx bağlı olan iqtisadi artım və inkişaf, iş yerləri və ticarət perspektivlərinin yaxşılaşmasına nail olmalıyıq".

Son xəbərlər

Orphus sistemi