Bakı. 20 noyabr. REPORT.AZ/ Noyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,02% ucuzlaşaraq 17 732,75 bənd, S&P 500 0,11% geriləyərək 2 081,24 bənd, Nasdaq isə 0,03% azalaraq 5 073,64 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,81% bahalaşaraq 6329,93 bənd, Fransa CAC-40-ı 0,17% artaraq 4915,10 bənd, Almaniya DAX-ı isə 1,14% irəliləyərək 11 085,44 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,42% artaraq 1 082,40 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0721 (-0,12%) təşkil edib.