"Union Lizinq"in səhmdarları maliyyə vəziyətini müzakirə edəcəklər

"Union Lizinq"in səhmdarları maliyyə vəziyətini müzakirə edəcəklər Səhmdarlar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özləri və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər
Maliyyə
14 May , 2016 09:59
Union Lizinqin səhmdarları maliyyə vəziyətini müzakirə edəcəklər

Bakı. 14 may. REPORT.AZ// Bu ilin iyunun 28-də "Union Lizinq" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiq olunması, cəmiyyətin maliyyə vəziyyətinin müzakirəsi daxildir.

Səhmdarlar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özləri və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Bu zaman səhmdarların nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilən etibarnaməyə malik olmalıdır. 

Yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, ev 4 ünvanında baş tutacaq.

Son xəbərlər

Orphus sistemi