​"Unibank" yeni kreditlərin ayrılmasına başlayıb

​"Unibank" yeni kreditlərin ayrılmasına başlayıb Bank kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına ilk kreditini ayırıb
Maliyyə
29 Dekabr , 2015 15:34
​Unibank yeni kreditlərin ayrılmasına başlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ "Unibank" ASC kənd təsərrüfatının inkişafına dəstək istiqamətində daha bir layihənin icrasına başlayıb. Bank kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına ilk kreditini ayırıb.

"Report"un "Unibank"a istinadən verdiyi xəbərə görə, Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlığının nəticəsi olan layihənin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.

“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi“ adlanan bu layihə çərçivəsində "Unibank" kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 min ABŞ dollarınadək kredit təklif edir. Kreditlər 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya dollar ilə verilə bilər.

Bu layihə çərçivəsində kredit götürmək istəyən sahibkarlar "Unibank"ın biznesə dəstək sahəsində ixtisaslaşmış “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül” və “Unibank-Biznes Mərkəzi” filiallarına müraciət edə, həmçinin, sahibkarlar Bankın “Yasamal”, “8 saylı” və bütün region filiallarının xidmətlərindən də faydalana bilərlər.

Son xəbərlər

Orphus sistemi