​"Unibank" yeni kredit kampaniyası keçirir

​"Unibank" yeni kredit kampaniyası keçirir Müdafiə Sənayesi və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları nağd kreditləri komissiyasız ala bilər
Maliyyə
17 Dekabr , 2014 17:32
​Unibank yeni kredit kampaniyası keçirir

Baı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC 16 dekabr - Fövqəladə Hallar Nazirliyi, 17 dekabr - Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günləri münasibətilə 0% komissiyalı nağd kredit kampaniyasına başlayıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, peşə bayramları ilə əlaqədar olaraq, FHN əməkdaşları üçün dekabrın 23-dək, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları üçün isə dekabrın 24-dək "Unibank"da nağd kreditlər komissiyasız olacaq. Kampaniya müddətində bu nazirliklərin sistemində çalışanlar 10 min manatadək nağd krediti 0% komissiya ilə götürə biləcəklər.

Qeyd edək ki, artıq iş yerindən arayış gətirmədən də "Unibank" filiallarına kredit almaq üçün müraciət etmək mümkündür. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə bilər. 

Son xəbərlər

Orphus sistemi