​"Unibank" yeni bonus kampaniyası keçirir

​"Unibank" yeni bonus kampaniyası keçirir Bu aksiya Bankın "Albalı Plus" debet və əmək haqqı kartlarına aiddir
Maliyyə
2 Avqust , 2016 15:19
​Unibank yeni bonus kampaniyası keçirir

Bakı. 2 avqust. REPORT.AZ/ Avqustun 10-na qədər "İdeal" mağazalarında "Unibank" ASC-nin "Albalı Plus" debet və əmək haqqı kartları ilə alış-veriş edənlər xərclədikləri vəsaitin 15%-ni geri alacaqlar. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, hissəli alışlar zamanı 10% bonus, həmçinin "Unibank"dan əlavə iki faizsiz ay hədiyyə ediləcək. Beləliklə, 8 aya tam faizsiz ödəniş etmək mümkün olacaq.

"Albalı Plus" və digər debet kartları Bankın istənilən filialından və eləcə də onlayn formada sifarişlə (http://debet.albali.az/) almaq olar.

"Unibank" hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşların xidmətindədir. Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud "Facebook" və "Twitter" səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi