"Unibank" xarici kreditini bağlayıb

"Unibank" xarici kreditini bağlayıb Kredit Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsinə sərf olunub
Maliyyə
22 Dekabr , 2015 16:20
Unibank xarici kreditini bağlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "Unibank" ASC Beynəlxalq Maliyyə Korporasiyasından (IFC) aldığı 10 mln. dollarlıq krediti vaxtı-vaxtında ödəyərək bu günlərdə krediti tamamilə bağlayıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, "Unibank" gələcəkdə də beynəlxalq maliyyə qurumu ilə əməkdaşlığını davam etdirmək fikrindədir.

Qeyd edəki ki, IFC tərəfindən 4,5 il müddətinə ayrılan 10 mln. dollarlıq kredit Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilib.

Xatırladaq ki, bu yaxınlarda "Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Unibank"ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi