"Unibank" uşaq əmanətləri ilə bağlı aksiya keçirir

"Unibank" uşaq əmanətləri ilə bağlı aksiya keçirir Bonus kampaniyası iyunun 7-dək davam edəcək
Maliyyə
31 May , 2016 13:02
Unibank uşaq əmanətləri ilə bağlı aksiya keçirir

Bakı. 31 may. REPORT.AZ/ "Unibank" ASC-də uşaq adına “Yığım” depoziti üzrə hesab açmaq istəyənlərin əmanətlərinə 3%-lik bonus hesablanacaq. Minimum məbləğ 50 manat olan “Yığım” depozitinin şərtlərinə uyğun olaraq, müştəri əmanətini hər ay artırmaqla müddətin sonunda (minimum 10 manat) 3% əlavə bonus əldə edə bilər. Bu barədə "Unibank"dan "Report"a daxil olan məlumatda bildirilib.

Qeyd edək ki, əmanət tam sığortalanır. Aksiya iyunun 7-dək davam edəcək.

"Unibank"da övladınızın adına depozit hesabını “Müddətli” və “Proqressiv” əmanət növü üzrə də açmaq mümkündür. “Müddətli” depozitin şərtlərinə əsasən, 36 ay müddətə və 13,5%-dək ən azı 500 AZN/USD/EUR həcmində vəsait yerləşdirib, aylıq və ya müddətin sonunda faizləri əldə etmək mümkündür. Eyni zamanda, müştərilərə aylıq faizləri banka gəlmədən əldə etmək üçün məbləğdən asılı olaraq pulsuz "Visa" və ya "Master Card" kartları təqdim olunur. Müştəri manat əmanətinin sığortalanmasını istəyərsə, “Müddətli” əmanət növü üzrə illik gəlirliliyi manatda 12%, dollarda isə 3% olan əmanət qoyuluşu həyata keçirə bilər", - deyə Bankdan bildirilib.

“Proqressiv” depozitin şərtlərinə əsasən, müştəri əmanəti istənilən vaxtda götürərək, bu dövr üçün vəsaitləri üzrə qüvvədə olan dərəcəyə uyğun hesablanan faizləri əldə edə bilər. Bu depozit növü üzrə müddət 12 ay, minimal məbləğ 200 manatdır.

Bununla yanaşı, "Unibank" əmanət sahibinə manat depozitinin 70%-i həcmində əmanət təminatlı kredit də təklif edir.

Son xəbərlər

Orphus sistemi