​"Unibank" tələbələr üçün yeni kredit aksiyası keçirir

​"Unibank" tələbələr üçün yeni kredit aksiyası keçirir Yeni kredit 6 və ya 12 aylıq ola bilər
Maliyyə
10 Avqust , 2015 10:45
​Unibank tələbələr üçün yeni kredit aksiyası keçirir

Bakı. 10 avqust. REPORT.AZ/ "Unibank" ASC bu gündən etibarən təhsil haqlarının "Albalı Plus" kartları ilə ödəniş kampaniyasına başlayıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, təhsil haqqı kart sahibinin istəyinə uyğun olaraq 6 və ya 12 ay müddətinə ödənilə bilər. Bunun üçün sadəcə, kart sahibi "Unibank"ın baş ofisi, “Əcəmi”, “Neftçilər”, “Mərdəkan” və “Sumqayıt” filiallarına yaxınlaşıb, vəsaitin köçürüləcəyi təhsil müəssisəsinin rekvizitlərini təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi