​"Unibank" rabitəçilərə hədiyyə hazırlayıb

​"Unibank" rabitəçilərə hədiyyə hazırlayıb Aksiya bir həftə davam edəcək
Maliyyə
6 Dekabr , 2014 10:39
​Unibank rabitəçilərə hədiyyə hazırlayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC 6 dekabr - rabitə işçilərinin peşə bayramı münasibəti ilə onlara hədiyyə hazırlayıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, peşə bayramı münasibəti ilə dekabrın 6-dan 13-dək "Unibank"ın filiallarına müraciət edən rabitə əməkdaşlarını sürprizlər gözləyir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə hər il ölkədə dekabrın 6-sı rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi