Bakı. 20 iyun. REPORT.AZ/ "Unibank" ASC manatla yerləşdirilən əmanətlərin illik faiz dərəcələrini 0,5% artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, hazırda "Unibank"a milli valyutada 1-3 il müddətinə yerləşdirilən (müddətli) əmanətlərə görə, illik 13-14% dividend ödənilir. İndiyə qədər isə illik faiz dərəcələri 12,5-13,5% olub.
Konkret hədd faizlərin ayda bir dəfə və yaxud depozit müddətinin sonunda götürülməsindən asılıdır.