​"Unibank" yeni kredit kampaniyasına başlayıb

​"Unibank" yeni kredit kampaniyasına başlayıb Kreditlər 2 ilədək müddətə verilir
Maliyyə
18 İyul , 2016 12:01
​Unibank yeni kredit kampaniyasına başlayıb

Bakı. 18 iyul. REPORT.AZ/ "Unibank"ASC hədiyyəli kredit kampaniyasına başlayıb. Yay kampaniyası çərçivəsində rəsmi iş yeri olan hər kəs, bank filiallarına 5 000 AZN-dək kredit üçün müraciət edə bilər.

"Report"un banka istinadən verdiyi xəbərə görə, kreditlər 2 ilədək müddətə verilir. Kampaniya müddətində nağd kredit götürən müştərilərə ALBALI PLUS debet kartı hədiyyə veriləcək. Kampaniya avqustun 18-dək davam edəcək.

"Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi