"Unibank" kartlarında "Cashback" xidməti tətbiq edilir

"Unibank" kartlarında "Cashback" xidməti tətbiq edilir Bank müştərinin xərclədiyi pulun 20%-dək hissəsini karta qaytaracaq
Maliyyə
6 İyun , 2016 18:35
Unibank kartlarında Cashback xidməti tətbiq edilir

Bakı. 6 iyun. REPORT.AZ/ "Unibank"  ASC-nin "Albalı Plus" debet kartlarında tətbiq edilən "Cashback" xidməti sayəsində tərəfdaş mağazalarda kartdan xərclənən pulun 20%-dək hissəsi elə həmin gün karta geri qayıdacaq. "Report"un verdiyi xəbərə görə, beləliklə, müştərilər həm "Unibank"ın tərəfdaş mağazalarında "Albalı Plus" kartları üzrə endirimlərdən faydalanacaqlar, həm də xərclədiyi pulun bir hissəsini yenidən hesaba geri alacaqlar.

"Cashback" xidməti sayəsində qeyri-tərəfdaş mağazalarda və onlayn alış-verişlərdə də "Albalı Plus" debetlə edilən əməliyyatlarda xərclənən vəsaitin bir hissəsi müştərinin hesabına geri qayıdacaq.

"Albalı Plus" debet kartına sahib olan hər kəs kartdan şəxsi vəsaitini "Unibank" bankomatlarından heç bir faiz ödəmədən nağdlaşdıra bilir. Kartda öz vəsaiti saxlayan müştərilər reytinqindən və vəsaitin valyutasından asılı olaraq illik 6%-dək gəlir əldə edə bilərlər. Kartı həm manat, həm də dollarda sifariş etmək olar. 

Beynəlxalq statusa malik olan "Albalı Plus" debet kartını həm "Visa", həm də "MasterCard" ödəniş sistemində sifariş etmək mümkündür.

Karta sahib olmaq üçün işdən arayış almağa ehtiyac yoxdur, sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən "Unibank" filialına müraciət edib, kartı almaq mümkündür. 

Son xəbərlər

Orphus sistemi