​"Unibank"ın illik mənfəəti 55% artıb

​"Unibank"ın illik mənfəəti 55% artıb Bankın qeyri-faiz əməliyyatları üzrə zərəri illik müqayisədə 64% artıb
Maliyyə
29 Yanvar , 2015 15:39
​Unibankın illik mənfəəti 55% artıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC ötən il 2013-cü illə müqayisədə 54,49% çox - 48,54 mln. manat həcmində mənfəət əldə edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bundan 9,555 mln. manatı vergiyə ödənilib və nəticədə 2014-cü ili "Unibank" vergilər ödənildikdən sonra 38,985 mln. manatlıq xalis mənfəətlə başa vurub. Bu da öz növbəsində illik müqayisədə 58,34% çoxdur. Vergi ödənişində isə 40,54% artım qeydə alınıb.

Təhlil olunan dövr ərzində bankın məcmu gəlirləri 37,32% artaraq 195,245 mln. manat, məcmu xərcləri 33,80% artaraq 127,257 mln. manat təşkil edib.

Hesabat ilində bankın faiz gəlirləri 37,57% artaraq 157,855 mln. manat, faiz xərcləri 16,98% artaraq 52,522 mln. manata çatıb. Beləliklə, ötən il bankın faiz mənfəəti 50,8% artaraq 105,333 mln. manat olub.

Bu müddətdə qeyri-faiz gəlirləri 36,28% artaraq 37,390 mln. manat, qeyri-faiz xərcləri 48,84% artaraq 74,735 mln. manat təşkil edib. Nəticədə bank qeyri-faiz əməliyyatları üzrə ötən ili 37,346 mln. manatlıq zərərlə başa vurub ki, bu da illik müqayisədə təxminən 64% çoxdur.

Son xəbərlər

Orphus sistemi