"Unibank" hərbçilər üçün kampaniya keçirir

"Unibank" hərbçilər üçün kampaniya keçirir Hərbçilər Bankdan komissiyasız nağd kredit əldə edə bilərlər
Maliyyə
22 İyun , 2016 11:27
Unibank hərbçilər üçün kampaniya keçirir

Bakı. 22 iyun. REPORT.AZ/ “Unibank” ASC 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə hərbçilər üçün xüsusi kampaniya keçirir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

İyunun 23-24-ü tarixlərində keçirilən kampaniya çərçivəsində hərbçilər Bankın filiallarına müraciət edərək, 5 min manatadək komissiyasız nağd kredit əldə edə bilərlər. Bank tərəfindən 0% komissiyalı kreditlər 2 ilədək müddətə verilir.

Xatırladaq ki, “Unibank” hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərə xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi