Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC Dövlət Gömrük Komitəsi əməkdaşlarının 30 yanvar - peşə bayramı münasibəti ilə 0% komissiya kampaniyası keçirir.
Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, gömrük əməkdaşları yanvarın 30-dan fevralın 7-dək "Unibank" filiallarına müraciət edərək, 10 min manata qədər komissiyasız kredit götürə bilərlər.