"Unibank" neftçilər üçün kredit kampaniyasına başlayıb

"Unibank" neftçilər üçün kredit kampaniyasına başlayıb Neftçilər bir həftə ərzində 5 000 manatadək krediti 24 ayadək müddətə komissiyasız rəsmiləşdirə biləcəklər
Maliyyə
20 Sentyabr , 2016 16:23
Unibank neftçilər üçün kredit kampaniyasına başlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Unibank" ASC 20 sentyabr- “Neftçilər günü” münasibəti ilə neft sektorunda çalışanlar üçün 0% komissiyalı kredit kampaniyası keçirir.

Bu barədə "Report"a bankdan bildirilib. 

Məlumata görə, 20-27 sentyabr tarixlərində "Unibank" filiallarına müraciət edən neftçilər, 5 000 manatadək krediti 24 ayadək müddətə komissiyasız rəsmiləşdirə biləcəklər. Üstəlik kampaniya müddətində nağd pul krediti götürənlərə "Albalı plus" debet kartı hədiyyə veriləcək. 

"Unibank"ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi