"Unibank" Fransa bankı ilə əməkdaşlığa başlayıb

"Unibank" Fransa bankı ilə əməkdaşlığa başlayıb Bank korporativ müştəriləri üçün daha bir imkan yaradıb
Maliyyə
5 Noyabr , 2015 11:50
Unibank Fransa bankı ilə əməkdaşlığa başlayıb

Bakı. 5 noyabr. REPORT.AZ/ "Unibank" ASC sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini genişləndirir. "Unibank" dünyanın tanınmış banklarından olan “Credit Agricole”la (Fransa) əməkdaşlığa başlayıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Credit Agricole” tərəfindən ayrılan kredit xətti Azərbaycanda biznes müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. "Unibank" bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.

Qeyd edək ki, “Credit Agricole” – Fransanın geniş filial şəbəkəsi olan ən böyük banklarından biridir. Aktivlərinin böyüklüyü ilə seçilən bank qrupu yalnız Fransada deyil, bütün dünya üzrə nəhənglərdən hesab edilir.

Son xəbərlər

Orphus sistemi