​“Unibank”a xaricdən yeni kredit ayrılıb

​“Unibank”a xaricdən yeni kredit ayrılıb “ING Group” Azərbaycan bankına 15 mln. dollar ayırıb
Maliyyə
25 Avqust , 2014 11:32
​“Unibank”a xaricdən yeni kredit ayrılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Böyük Britaniyanın “ING Group”u “Fireland Capital” şirkətinin vasitəçiliyi ilə Azərbaycanın "Unibank" ASC-yə 15 mln. ABŞ dolları həcmində kredit ayırıb. Vəsait Azərbaycanda biznesin inkişafı layihərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu barədə “Report”a “Unibank”dan məlumat verilib.

Məlumata görə, bir müddət əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyi "Unibank"ın uzunmüddətli "B" reytinqi üzrə proqnozunu “stabil” səviyyəsindən “pozitiv”ə qədər yüksəldib. “Fitch”in ekspertlərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı, "Unibank"ın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir.

“Moody’s Investors Service” beynəlxalq agentliyi də "Unibank"ın reytinq qiymətləndirməsi üzrə proqnozunu "pozitiv"ə qədər yüksəldərək, bir daha Bankın uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləyib. Bankın maliyyə dayanıqlılığı reytinqi isə "E+" səviyyəsində dəyərləndirilib. Agentliyin reytinq proqnozunu yüksəltməsinə səbəb, bankın yaxşı kapitallaşması və təkmilləşdirilmiş gəlirliyidir. Agentlik ekspertlərinin rəyinə görə, "Unibank" son illərdə sağlam aktivlərin keyfiyyətini daha da artırıb və sabit gəlirliliyə nail olub.

Son xəbərlər

Orphus sistemi