​Ukraynada beynəlxalq iqtisadi forum keçiriləcək

​Ukraynada beynəlxalq iqtisadi forum keçiriləcək Tanınmış Norveç iqtisadçısı Erik Reynertin proqnozları dinləniləcək
Maliyyə
21 İyun , 2015 13:17
​Ukraynada beynəlxalq iqtisadi forum keçiriləcək

Bakı. 21 İyun. REPORT.AZ/ Oktyabrın 8-də Ukraynada Kiyev Beynəlxalq İqtisadi Forumu keçiriləcək. "Report"un forumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, sayca ikinci olan bu forum ilk dəfə Kiyevdə ötən ilin oktyabrın 2-də keçirilib.

Məlumata görə, tədbirdə davamlı iqtisadi inkişaf üçün yeni iqtisadi modellər ətrafında müzakirə aparılacaq, həmçinin tanınmış Norveç iqtisadçısı Erik Reynertin (Erik Reinert) proqnozları dinləniləcək.

Forumda iştirakı təsdiqlənən rəsmilər arasında 2001-2014-cü illərdə Latviyanın iqtisadiyyat naziri olmuş Daniels Pavluts (Daniels Pavluts), Slovakiya İqtisadiyyat Nazirliyinin dövlət katibi Vazil Hyudek (Vazil Hudak), Ukraynanın təhsil və elm naziri Sergiy Kvit (Serhiy Kvit) və başqa, o cümlədən biznes qurumlarının rəhbərləri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi