Ukrayna qrivnasi 5 aylıq minimumu təkrarlayıb

Ukrayna qrivnasi 5 aylıq minimumu təkrarlayıb İlin sonunadək dolların 30 qrivnaya qədər bahalaşması proqnozlaşdırılır
Maliyyə
29 Avqust , 2016 18:11
Ukrayna qrivnasi 5 aylıq minimumu təkrarlayıb

Bakı. 29 avqust. REPORT.AZ/ Ukrayna milli valyutası - qrivnanın AÇŞ dollarına qarşı məzənnəsi 5 aylıq minimumu təkrarlayaraq 25,44 UAH/USD-yə çatıb. "Report"un verdiyi xəbərə görə, Ukrayna Mərkəzi Bankı cümə günü ilə müqayisədə dolların qrivnaya qarşı məzənnəsini 12 qəpik artırıb. UMB bunu vəziyyətə uyğun aparılan dəyişiklik adlandırıb. Də\yişiklik ölkədaxili siyasi vəziyyət və Beynəlxalq Valyuta Fondunun (İMF) Ukrayna ilə bağlı kredit qərarının vaxtını ertələməsi ilə izah edilir.

Ekspertlər dolların ilin sonuna qədər 30 qrivnaya qədər bahalaşa biləcəyini proqnozlaşdırırlar. Qeyd edək ki, dolların ən yüksək rəsmi məzənnəsi bu il fevralın 26-da (27,24 UAH/USD) qeydə alınıb. Həmin günlər də nağd valyuta bazarında dolların satışı 40 qrivnaya qədər yüksəlmişdir.

Son xəbərlər

Orphus sistemi