Üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq Abşeron və Hacıqabul magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Maliyyə
7 Mart , 2016 19:30
Üç rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 7 mart. REPORT.AZ/ Martın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Lökbatan yolayırıcı” və Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Ağsu” və “Kürdəmir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Qaradağ rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi