Türkiyənin valyuta ehtiyatları bir həftəyə 2,4 mlrd. dollar azalıb

Türkiyənin valyuta ehtiyatları bir həftəyə 2,4 mlrd. dollar azalıb Azalmaya xaricdə yaşayan Türkiyə vətəndaşlarının səhm və dövlət qiymətli kağızlarını kütləvi satması səbəb olub
Maliyyə
10 Dekabr , 2015 18:46
Türkiyənin valyuta ehtiyatları bir həftəyə 2,4 mlrd. dollar azalıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının (TMB) məcmu ehtiyatları 27 noyabr - 4 dekabr tarixlərində 2,38 mlrd. dollar və ya 2% azalaraq 116,1 mlrd. dollara enib. 

"Report" xəbər verir ki, ölkənin qızıl ehtiyatları isə 1,18 mlrd. dollar və ya 6,7% azalaraq 17,59 mlrd. dollara düşüb. Azalmaya xaricdə yaşayan Türkiyə vətəndaşlarının səhm və dövlət qiymətli kağızlarını kütləvi satması təsir edib. Belə ki, təhlil olunan dövr ərzində onlar 153 mln. dollarlıq səhm və 358 mln. dollar məbləğində dövlət qiymətli kağızları satıblar. Nəticədə xaricdə yaşayan Türkiyə vətəndaşlarının İstanbul Fond Birjasında (BİST) cəmi səhm portfeli 42,126 mlrd. dollara, dövlət qiymətli kağızları portfeli isə 33,237 mlrd. dollara düşüb.

Son xəbərlər

Orphus sistemi