Bakı. 26 may. REPORT.AZ/ Mayın 26-da
DGK sədri Türkiyənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycanın xarici iqtisadi siyasətində Türkiyə ilə əlaqələrə xüsusi önəm verildiyini, gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
A.Əliyev iki ölkənin gömrük qurumları arasındakı əlaqələrdən, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
Qəbula görə təşəkkür edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İ.A.Coşkun Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu, Azərbaycanda hərtərəfli və sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını deyib. Azərbaycanla Türkiyə arasında istər siyasi-iqtisadi, istərsə də mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən türkiyəli diplomat xüsusilə, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib, iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində fikir mübadiləsi aparılıb.