​Türkiyə Mərkəzi Bankının ehtiyatları bir həftəyə 2 mlrd. dollar azalıb

​Türkiyə Mərkəzi Bankının ehtiyatları bir həftəyə 2 mlrd. dollar azalıb Qızıl ehtiyatları 11 mln. dollar azalaraq 19,833 mlrd. dollara düşüb
Maliyyə
20 Mart , 2015 15:12
​Türkiyə Mərkəzi Bankının ehtiyatları bir həftəyə 2 mlrd. dollar azalıb

Bakı. 20 mart. REPORT.AZ/ Türkiyə Mərkəzi Bankının məcmu ehtiyatları Həftəlik Pul və Bank Statistikasına əsasən martın 13-də bitən həftədə 2,065 mlrd. dollar azalaraq 125,795 mlrd. dollara düşüb.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ümumi valyuta ehtiyatları isə martın 13-də bitən həftədə 2,054 mlrd. dollar azalaraq 108,016 mlrd. dollardan 105,962 mlrd. dollara enib.

Bu müddət ərzində qızıl ehtiyatları 11 mln. dollar azalaraq 19,833 mlrd. dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi