Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyə Cumhuriyyəti Mərkəzi Bankı(TCMB) Monetar Siyasət İdarəsi (PPK) bu gün keçirdiyi iclasda uçot dərəcəsi faizi dəhlizinin yuxarı həddini 25 bənd endirərək 8,75%-ə çatdırıb, borclanma faizi, yəni dəhlizin alt bəndini dəyişdirilməyərək 7,25%, həftəlik repo faizini də həmçinin 7,5%-də sabit saxlayıb.
"Report", "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, TCMB iclasında beynəlxalq maliyyə bazarlarında baş verən dalğalanmalara bağlı olaraq bank sektorunda zəruri likvidlik tədbirlərinin qərara alındığı bildirilib.
Xatırladaq ki, TCMB keçən ay keçirdiyi iclasda faiz dəhlizinin üst həddini 50 bənd endirib. TCMB uzun müddətdir uçot dərəcəsi və faiz dəhlizi siyasətinin sadələşdirilərək tək faiz siyasətinə keçmək istədiyini bildirib.